AI çağrı mərkəzi

Zənglərə iş saatından sonra da AI cavab verir

Axşam, həftəsonu və növbə dolanda müştəri gözləmir: AI sualı bilik bazanızdan cavablayır, şöbə nömrəsini verir və geri zəng qeydi götürür.

  • 24/7 və ya sizin saatlarınızla
  • Nömrəniz dəyişmir
  • Səs yazısı və transkript
Gələn zəng01:48+994 55 ••• •• 47Nümunə zəng
AI operator LeylaSaat 21:47, iş saatından sonra
  1. AISalam! Mən «Nümunə Kredit»in virtual operatoru Leylayam. Zəng qeydə alınır. Sizə necə kömək edə bilərəm?
  2. MüştəriNağd kredit üçün hansı sənədlər lazımdır?
  3. AIŞəxsiyyət vəsiqəsi kifayətdir. İstəsəniz, sabah kredit mütəxəssisimiz sizə zəng etsin.
  4. MüştəriBəli, səhər saat 10⁠-⁠dan sonra.
  5. AIQeyd etdim: sabah saat 10⁠-⁠dan sonra kredit şöbəsi zəng edəcək. Başqa sualınız var?

Zəngdən sonra analiz

  • Müraciət: Nağd kredit
  • Geri zəng: Bəli
  • Vaxt: sabah, 10:00⁠-⁠dan sonra
  • Şöbə: Kredit
Nümunə: iş saatından sonra gələn zəngə AI operator cavab verir, sualı bilik bazasından cavablayır və geri zəng istəyini qeyd edir.

Nə vaxt işə yarayır

Operator olmayanda da, məşğul olanda da

İş saatından sonra

18:00⁠-⁠dan sonra, gecə və həftəsonu ATS zəngi AI⁠-⁠yə yönləndirir.

Növbə dolanda

Operatorlar məşğuldursa, müştəri gözləmə musiqisində qalmır.

Məlumat xətti

Ünvan, tarif və iş saatlarına AI cavab verir, komanda mürəkkəb işlərə qalır.

Bayram və pik günlər

Zənglər artanda paralel xətlərlə eyni anda cavab verir.

Zəng necə gedir

Salamdan geri zəng qeydinə 5 addım

  1. Salamlayır

    Şirkətin adı ilə salamlayır, düymə menyusu yoxdur.

  2. Dinləyir

    Müştəri sərbəst danışır; sözü kəsiləndə AI susur.

  3. Cavab verir

    Bilik bazanızdan dəqiq cavab verir, uydurmur.

  4. Yönləndirir

    Şöbə nömrəsini deyir və ya geri zəng üçün vaxt yazır.

  5. Nəticə

    Səs yazısı, transkript və geri zəng siyahısı paneldə.

Nömrəniz dəyişmir: zəng ATS⁠-⁠inizə gəlir və lazım olan saatlarda AI⁠-⁠yə yönləndirilir.

Bilik bazası

Cavablar sizin bilik bazanızdan

Tariflər, filiallar və FAQ paneldə yenilənir — dəyişiklik növbəti zəngdən qüvvəyə minir.

  • Gələn zənglər üçün sənədlər və xüsusi qaydalar
  • Şöbələrin siyahısı və birbaşa nömrələri
  • Sizin seçdiyiniz salamlama, səs və danışıq tonu
  • Minlərlə məhsul içindən < 1 san axtarış (Korporativ)
Bilik bazası: gələn zənglərNümunə

Sənədlər

  • Kredit və kart şərtlərifaizlər, müddətlər, sənədlər
  • Filiallar və iş saatlarıünvanlar, bayram cədvəli
  • Ödəniş üsullarıkart, terminal, onlayn
  • Tez-tez verilən suallar40 sual və cavab

Yalnız gələn zənglər üçün qaydalar

  • Bayram günləri filiallar 10:00⁠–⁠16:00 işləyir.
  • Geri zəng istəyəndən adını və rahat vaxtını soruş.

Şöbələr

  • Kredit şöbəsi012 ••• •• 10
  • Kart xidməti, 24 saat012 ••• •• 20

Səhər nə görürsünüz

Gecə gələn zənglər səhər paneldədir

Hər zəngin səs yazısı, mətni və geri zəng istəyənlərin hazır siyahısı.

  • Gələn və buraxılan zənglər səbəbi ilə
  • İstənilən zəngin səs yazısı və transkripti
  • Avtomatik analiz cədvəli və bir kliklə Excel çıxarışı
  • Gündəlik və aylıq büdcə limiti
Gələn zənglər: bayram həftəsiNümunə rəqəmlərƏvvəlki həftə ilə müqayisə
Zənglər1 284+46% əvvəlki həftəyə görə
Buraxılan6241 iş saatından kənar, 21 xətlər məşğul
Orta danışıq1:36əvvəlki həftə 1:52
Xərc293 ₼gündəlik limit 60 ₼

Müraciətin səbəbi: seçilən 300 zəngin analizi

  • Bayram iş saatları38%
  • Çatdırılma gecikməsi24%
  • Ödəniş sualı17%
  • Digər21%

Kimlər üçün

Zəngi çox olan hər xətt üçün

Bank və BOKT

Kredit şərtləri, sənədlər, filiallar və geri zəng qeydi.

Pərakəndə və e-ticarət

Çatdırılma, qaytarma, taksit şərtləri və mağaza ünvanları.

Klinika və xidmət

Qiymətlər, həkim saatları və qəbula yazılmaq istəyi.

Telekom və internet

Tariflər, ödəniş üsulları və texniki müraciət qeydi.

Sığorta

Polis şərtləri və gecə də hadisə barədə ilkin qeyd.

Otel və kurslar

Qiymətlər, cədvəl, ünvan və rezervasiya istəyi.

Başlamaq

3 addıma qoşulma

  1. SənədlərFAQ, tariflər və şöbə nömrələrini göndərirsiniz.
  2. Bilik bazası və sınaqSalamlama və qaydaları qururuq, komandanız test edir.
  3. ATS yönləndirməİşdən sonra və növbə dolanda zənglər AI⁠-⁠yə gedir.

Suallar

Çağrı mərkəzi haqqında suallar

AI zəngi operatora köçürə bilirmi?

Zəngi birbaşa köçürmür: lazımi şöbənin nömrəsini deyir və ya geri zəng üçün ad, sual və rahat vaxtı qeyd edir. Zəngin AI⁠-⁠yə gəlməsi isə ATS⁠-⁠də qurulur.

Müştərilər hansı nömrəyə zəng edir?

İndiki nömrənizə. Zəng ATS və ya SIP xəttinizdən lazım olan vaxtda AI⁠-⁠yə yönləndirilir.

AI eyni anda neçə zəngə cavab verir?

Biznes paketində eyni anda 100 zəng, Korporativdə — server və xətt imkan verdiyi qədər (gedən kampaniyalarla ortaq).

AI müştərinin balansını və ya sifariş statusunu deyə bilirmi?

Danışıq vaxtı fərdi baza oxunmur: ümumi suallara bilik bazasından cavab verir, fərdi müraciəti isə geri zəng üçün qeydə alır.

Bilik bazası nə qədər böyük ola bilər?

Korporativ paketdə minlərlə məhsul və sənəd arasından cavab < 1 saniyədə tapılır. Digər paketlərdə tariflər, şərtlər, FAQ və filiallar əlavə olunur.

Çağrı mərkəziniz üçün demo quraq

FAQ və şöbə siyahısını göndərin — 3 iş gününə sizin bilik bazanızla demo hazırlayaq.

Birbaşa əlaqə

E-poçtinfo@operatorai.az